Göbələkli krem-şorba

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 22 qr kərə yağı
  • 85 qr baş soğan (orta ölçüdə)
  • 22 qr kərəviz saplağı
  • 500 qr göbələk (şampinyon)
  • 1 litr velüte sousu
  • 300-500 ml toyuq bulyonu (isti)
  • 175 ml yağlı qaymaq (isti)
  • duz
  • istiot

Baxmayaraq ki saytımızda göbələk şorbası resepti artıq mövcuddur, bu resept ondan tamamilə fərqlidir.

1. İnqredientlər.


2. Kərəviz və soğan doğranılır.


3. Soğan şəffaf və yumşaq olana qədər kərəvizlə birgə kərə yağında qızardılır.


4. Yarı doğranmış göbələklər əlavə edilir.


5. Göbələklər tam hazır olana qədər (suyu tam çəkilənə qədər) bişirilir.


6. Bir neçə göbələk sonda şorbanı bəzəmək üçün kənarda saxlanılır.


7. Hazır göbələklər qazana yerləşdirilir və üzərinə velüte sousu əlavə edilir.


8. Orta odda 15 dəqiqə bişirilir.


9. Təqribən 15 dəqiqə sonra şorba blender vasitəsi ilə tam əzmə formasına gətirilir.


10. Süzgəcdən keçirərək şorba yenidən qazana əlavə edilir.


11. Qazan orta oda yerləşdirilir və şorbanın üzərinə istənilən miqdarda toyuq bulyonu əlavə edilir. Reseptdə, şorbanın qatı alınması üçün, toyuq bulyonu 300 ml əlavə edilmişdir. Zövqə görə bir qədər çox da əlavə etmək olar. Şorba qaynadılır və altı söndürülür.


12. Şorbaya isti qaymaq əlavə edilərək qarışdırılır.


13. Və budur, göbələkli krem-şorba hazırdır!


14. Süfrəyə verərkən şorba bir neçə göbələklə bəzədilir. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/977/mushroom-cream-soup/