Kartof Şato

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 6-8 ədəd orta ölçüdə kartof
  • kərə yağı
  • 2 x/q zeytun yağı
  • duz
  • ağ istiot

1. İnqredietnlər.


2. Kartof yuyulub təmizlənir.


3. İti bıçaqla, ehtiyyatla kartoflara "çəllək" forması verilir. Bu şəkildə kartof balaca görsənər və daha tez qızarar.


4. Kartofdan bu cür səliqəli formalar hazırlanır.


5. Sonra kartoflar qaynayan suya salınır və 5-7 dəqiqə bişdikdə çıxarılır.


6. Suyu süzülür.


7. Bu arada tavada zeytun yağı qızdırılır və onun içində kərə yağı əridilir.


8. Kartoflar tavaya düzülür və qızılı rəng alana qədər hər tərəfli qızardılır. Hazır kartof tavadan çıxarıldıqda duz və istiot vurulur.


9. Kartof Şato hazırdır! Bu çür dadlı qarnir istənilən ət yeməkləri ilə süfrəyə verilə bilər. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/588/chateau-potatoes/