Kələm dolması

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 500 qr mal (qoyun) əti qiyməsi
  • 1 ədəd soğan
  • orta ölçüdə kələm
  • yarım stəkan yumru düyü
  • 200 qr kərə yağı
  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • 1 dəstə reyhan
  • 1 ç/q sarıkök
  • 2 x/q tomat pastası
  • 3 stəkan su
  • duz

1. Dolmanın ətini hazırlamaq üçün ətlə soğan ət maşınından keçirilir. Üzərinə yuyulmuş- doğranılmış göyərtilər, duz, sarıkök, ərinmiş yağ, düyü əlavə olunub qarışdırılır.

2. Kələmin ölçüsünə görə qazan götürülür və içinə yarısına kimi su tökülüb qaynadılır.

3. Kələmin yarpağlarının rahat çıxması üçün baş hissəsi kəsilib çıxarılır və qaynar suya salınır.

4. Yarpağlar yumuşalanda qazandan götürülür, yarpağın yuxarı hissəsindəki qalın, bərk hissə kəsilib atılır.

5. Yarpağın içinə hazırladığımız ətdən qoyub düzbucaqlı formasında bükürük (dolma bükülən zaman içinə təmizlənmiş şabalıd da qoymaq olar).

6. Bükülmüş dolmaları qazana yığıb üstünə boşqab qoyuruq ki, dolmalar dağılmasın.

7. Qazana 3 stəkan qaynar su töküb yemeyi qaza qoyuruq. Əvvəl yeməyi yüksək istilikdə qoruq ki qaynasın.Qaynamağa başladıqda aşağı istiliyə qoyuruq.

8. 30 dəqiqə bişdikdən sonra boşqabı qaldırıb üzərinə tomat pastası (tomat pastasını ayrı qabda suyla qarışdırırıq ki çox qatı olmasın) tökürük .

9. 15 dəqiqə sonra yeməyi qazdan götürürük.

Nuş olsun!