Qaşxəngəli

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1 ədəd soğan
  • 2 ədəd pomidor (və ya 2 ç/q tomat)
  • 1 ədəd (1 diş) sarımsaq
  • 100 qram kərə yağı
  • 1 stəkan (1 kündəlik) un
  • 2 ədəd kartof
  • 1.5 litr su

1. İlk olaraq bir baş soğanı narın-narın doğrayaraq 100 qram yağda qızardana yaxın, 2 ədəd pomidoru xırda-xırda doğrayıb soğana əlavə etməliyik.

2. Pomidor qızarana yaxın litr yarım su əlavə edirik. 

3. Su qaynayana yaxın, kartofu xırda-xırda kvadrat şəklində doğrayıb suya əlavə etməliyik.

4. Kartof bişənə yaxın, kündəni 1 santimetr qalınlığında yayıb, xırda-xırda kvadratlarla doğrayıb qazana əlavə etməliyik.

5. Xəmiri əlavə edib duz və istiotu zövgə görə tökəndən sonra, 5 dəqiqə qaynadıb qazı söndürüb zövqə görə göyərti əlavə edirik.

6. Yeməkdən əlavə olaraq, sarımsaq əzilib qatıqla qarışdırılıb süfrəyə verilir.

Nuş olsun!