Tərkibi
- 1 stəkan qırmızı mərci
- 1 ədəd baş soğan
- 1 ədəd kök
- 1 ədəd kartof
- 1/2 ç/q tomat pastası
- 1/2 ç/q bibər pastası
- 1.5 litr su
- zeytun yağı
- nanə
- limon
- duz
1. Mərci yaxşı yuyulur. Kartof və kök yuyulub təmizlənir, xırda kubiklər formasında doğranılır. Hamısı bir qazana əlavə edilir.
2. Ərzaqların üzərinə su doldurularaq bişənə qədər (təqribi 1 saat yarım, mərci bişənə qədər) qaynadılır.
3. Soğan təmizlənir və xırda doğranılır. Tavaya yağ və doğranmış soğan əlavə edilərək qızardılır.
4. Soğan bir qədər qızardıqda, tavaya tomat və bibər pastası əlavə edilir.
5. Qızarandan sonra soğan qazandakı mərcinin üzərinə əlavə edilir və ərzaqlar tam həll edilənə qədər blenderdən keçirilir.
6. Blenderdən keçiriləndən sonra şorbaya duz əlavə edilir və yenidən 10 dəqiqə qaynadılır.
7. Artıq süfrəyə verilə bilər. Zövqə görə mərcini quru nanə və limonla yemək olar. Bu üsulla bişirilən mərcinin dadı fərqli və daha dadlı alınır.
Nuş olsun!