Qızardılmış kartof və suxarılı krevetka

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 500 qr krevetka
  • 5-6 ədəd kartof
  • 200 qr suxarı
  • 200 qr qarğıdalı unu
  • 2 ədəd yumurta
  • duru yağ
  • duz

 


1. Krevetkalar yaxşı yuyulur və suyu süzülür.

2. Üzərinə çıxana kimi su tökülüb 4-5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra suyu süzülüb soyudulur.

3. Yumurta, qarğıdalı unu, suxarı ayrı-ayrı qaba tökülür. 

4. Krevetkanı qızartdıqda əvvəlcə duz vurulur, sonra qarğıdalı ununa batırılır, sonra yumurtaya və sonda suxarıya batırılıb yağda qızardılır (tavada yağ çox olarsa daha krevetka daha yaxşı qızarar və xırt-xırtlı olar).

5. Kartofu qızartmaq üçün ilk növbədə kartofun qabığı tmizlənir, yaxşə yuyulub dilimlənir.

6. Yağ tavada qızdırılır, kartofa duz vurulur və qızardılır.

7. Yemeyi zövqə görə ketçup, mayonez və ya başqa soslarla da yemək olar.

Nuş olsun!