Tərkibi
- 190 qr lavrak balığı filesi
- 186 qr pomidor
- 2 qr duz
- 1 qr üyüdülmüş qara istiot
- 30 qr bitki yağı
- 2 budaq kəklikotu
- 20 qr baş soğan
- 5 qr reyhan
- 30 qr zeytun yağı
- 40 qr laym
- 280 qr ağ çörək
1. İnqredientlər hazırlanır.
2. Balıq filesi iri hissələrə doğranılır, təqribən 11sm x 6sm, duzlanıb istiotlanır.
3. İki tərəfli bitki yağında qızardılır.
4. Balığa iki tərəfli kəklikotu vurulur, tavaya perqament kağızı sərilərək balıq onun üzərinə qoyulur. Əvvəlcədən 180 dərəcə temperaturunda isidilmiş sobada 10-12 dəqiqə bişirilir.
5. Salat hazırlanır. Pomidorlar üçbucaq formada doğranılır, xalqa şəklində doğranmış soğan əlavə edilir, zeytun yağı, duz və istiot vurulur. Sonda tərəvəzlərə reyhan əlavə edilir.
6. Çorək dilimlərə kəsilir və içi yumşaq qalaraq, iki tərəfli tavada qızardılır.
7. Süfrəyə verildikdə, boşqabın ortasında salat, üstündə isə isti lavrar balığı qoyulur. Balığın yanına bəzək kimi laym və şüyüd əlavə etmək olar.
Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə http://lady.mail.ru/recipe/13994-file-sibasa-s-salatom/