Tərkibi
- 1 kq quzu ətinin qabırğa hissəsi
- kəklikotu
- 2 ədəd soğan
- 4 ədəd kartof
- duru yağ
- duz
- istiot
1. Et tikələrə bölünür, kəklikotu, doğranılmış soğan, duz, istiot vurulub yaxşı qarışdırılır (basdırma yaxşı olar ki bir gün əvvəldən hazırlansın).
2. Kartof soyulur, doğranılır, duzlanılır.
3. Ət və kartof tavaya düzülür, duru yağ əlavə olunur. Ət tavaya düzüldükdə soğanları təmizlənib atılır.
4. 230-240 dərərcədə ət bişənə kimi bişirilir.
Nuş olsun!