Sobada qayğanaq

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2 ədəd yumurta
  • göy soğan
  • pomidor
  • 4 x/q qaymaq
  • yaşıl noxud
  • kərə yağı (formaları yağlamaq üçün)
  • zövqə görə duz
  • zövqə görə istiot

1. İnqredientlər hazırlanır.


2. Soba 180°C temperaturunda qızdırılır. Forma qabları yağlanır.


3. İçlik əlavə edilir: xırda doğranmış soğan, yaşıl noxudlar, pomidor, üzərinə bir xörək qaşığı qaymaq əlavə edilir.


4. Yumurta əlavə edilir. Duz və istiot vurulur.


5. Yenidən bir xörək qaşığı qaymaq əlavə edilir.


6. Forma bişirmə formasının içinə yerləşdirilir və bişirmə formasına yarı miqdarda su əlavə edilir. Hazır olana qədər sobaya yerləşdirilir. Bişərkən diqqət edin, əsas odur ki qurutmayasınız. 


7. Səhər yeməyi hazırdır! Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/450/roasted-eggs/