Tərkibi
- 1 ədəd toyuq
- 3-4 ədəd baş soğan
- 4-5 ədəd kartof
- 2 ədəd bolqar bibəri
- 6 ədəd badımcan
- 5 diş sarımsaq
- 4 ədəd pomidor
- duz
- istiot
- razyana
- keşniş toxumu
- toyuq bulyonu
- 3-4 x/q əridilmiş yağ
1. Lazım olan tərəvəzlər və ədviyyatlar hazırlanır.
2. Toyuq yuyulur, qurudulur və 4 yerə kəsilir. Hissələr duzlanır, ətirli istiot və ədviyyatlar vurulur. Reseptdə 1 ç/q razyana və 1 ç/q keşniş toxumu qəhvəüyüdəndən keçirdilərək istifadə edilib.
Tavanın dibinə doğranmış soğan, üzərinə toyuq hissələri düzülür.
3. Kartof yuyulur, təmizlənir və iri hissələrə doğranılır. Toyuq əti kimi, kartoflarda duzlanır və ədviyyatlarla səpilir.
4. Doğranmış sarımsaq əlavə edilir. Ardınca kubik formasında doğranmış bibər və badımcan ədviyyatlarla səpilib tavaya əlavə edilir.
5. Üstdən dairəvi formada doğranmış pomidor dilimləri düzülür, bir qədər sarımsaq və bir çömçə toyuq bulyonu əlavə edilir.
6. Əvvəlcədən 200-220°C temperaturunda qızdırılmış sobada 1,5 saatlıq bişirilir.
7. Bu müddət ərzində tərəvəzlər tam hazır olacaq və toyuq hissələri qızaracaq. Artıq isti-isti süfrəyə vermək olar, nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2014/08/roast-from-chicken-and-assorted-vegetables.html
(photo by Diana Ashumova)