Sobada toyuq və kartof qızartması

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1 ədəd toyuq 
  • 6-10 ədəd kartof
  • əridilmiş yağ
  • cirə, keşniş toxumu, razyana
  • duz
  • istiot

1. Ərzaqlar hazırlanır.


2. Kartof təmizlənib yuyulur, toyuq yuyulub qurudulur. Toyuq duzla və qara istiotla sürtülür. Kartofda kəsiklər düzəldilir, lakin tam axıra kimi kəsilmir.


3. Ədviyyatlar qarışığı hazırlanır, bunun üçün eyni miqdarda cirə, keşniş toxumu və razyana götürülüb qəhvəüyüdəndən keçirdilir. Alınmış ədviyyatdan bir toyuqa 2 çay qaşığı götürülür. Toyuq və kartoflar həmin ədviyyatla hər tərəfli yağlanır.
Toyuğun üzərində bir neçə yerdən bıcaqla dəliklər yaradılıb ədviyyatla doldurulur. Toyuğun altına bir xörək qaşığı əridilmiş yağ əlavə edilir, ümumi 3-4 x/q əridilmiş yağdan istifadə ediləcək. Sonda tavanın üzərinə yarım stəkan su tökülür.


4. Toyuq və kartoflar 1 saatlıq əvvəlcədən 190-220 dərəcədə isidilmiş sobaya yerləşdirilir. Və hər 10 dəqiqədən bir toyuq və kartofların üzərinə artıq tavada olan əridilmiş yağdan qaşıqla tökülməlidir.


5. Hazır olduqda toyuq və kartoflar tavadan boşqaba yerləşdirilir.


6. Qalır yalnız onu bəzəmək, misal üçün təzə göyərtilərlə - yaşıl soğan, tərxun və pomidorla.


7. Beləliklə bayram süfrəsini hazırlamaq heçdə çətin deyil, daha çətin bu nemətin dadını izah etməkdir. Nuş olsun!

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/04/spiced-chicken-with-potatoes-in-oven.html

(photo by Diana Ashumova)