Tərkibi
- 100 qr suf balığının filesi
- 10 qr bitki yağı
- 200 ml inək südü
- 70 qr un
- 2 əd toyuq yumurtası
- 200 qr kartof püresi
- 30 ml ağ çaxır
- 5 qr şüyüd
- zövqə görə duz
- zövqə görə istiot
1. Ərzaqlar hazırlanır.
2. Filenin dərisi soyulur.
3. Suf balığınıın filesi xırda hissələrə doğranıb boşqaba yığlılr.
4. Üzərinə xırda doğranmış göyərti səpilir.
5. Ağ çaxır əlavə edilir.
6. Bitki yağı əlavə edilir.
7. Duz, istiot əlavə edilib qarışdırılır.
8. Maye xəmirin hazırlanması üçün ilk olaraq yumurtanın ağları digər boşqaba tökülür (yumurtanın sarısı lazım olmayacaq).
9. Mikserlə ağlar çalınır.
10. Digər boşqabda unu duzla qarışdırıb süd əlavə edib maye xəmir halına gətiririk.
11. Alınmış məhlula yumurtanın ağları əlavə edilir və ehtiyyatla qarışdırılır.
12. Balığın hissələri maye xəmirə batırıb qızardılır.
13. Kartof püresini çalmaq, qənnadı torbasına qoymaq və bəzəkli şəkildə boşqaba əlavə etmək.
Məsləhət! Restoranın şef-aşpazı dadlı püre hazırlamaq üçün belə nisbətlər məsləhət görür: 200 qr kartof, 50 qr süd, 50 qr qaymaq, 10 qr kərə yağı və zövqə görə duz.
14. Süfrəyə verərkən yanında tartar sousu da vermək olar.
15. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.