Tərkibi
- çəki balığı (karp)
- 6-7 ədəd orta ölçüdə kartof
- tomat pastası
- bitki yağı
- duz
- istiot
1. İnqredientlər.
2. Balıq hissələrə doğranılır.
3. Duz və istiot vurularaq bir kənarda 20-30 dəqiqə saxlanılır.
4. Bu arada tomat pastası su ilə qarışdırılır və üzərinə bir qədər bitki yağı vurulur.
5. Kartof təmizlənir və dilimlərə doğranılır. Hər bir dilimə duz və istiot vurulur. Hər şey hazır olduqda, sobanı isitmək olar. Soba 180-200°C temperaturunda isidilir.
6. Balıq və kartofun hər bir hissəsinə tomat sousu çəkilərək, bitki yağı ilə yağlanmış tavaya düzülür.
7. Yerdə qalan tomat pastası bir daha üzərlərinə çəkilir.
8. Əvvəlcədən 180-200°C temperaturunda isidilmiş sobada 20-30 dəqiqə bişirilir.
9. Balıq tez hazır olur. Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2013/11/fish-with-potatoes-in-tomato-sauce.html
(photo by Diana Ashumova)