Tərkibi
- 300 qr qiymə
- 200 qr ərişdə
- 100 qr "qaragöz" lobya
- 1 ədəd baş soğan
- 150 qr kərə yağı
- 2-3 ədəd alça qurusu
- zövqə görə nanə
- duz
- sarıkök
1. Lobya qazana əlavə edilir, yuyulur və bişənə qədər qaynadılır.
2. Soğan xırda doğranılır.
3. Kərə yağında soğan qızılı rəng alana qədər qızardılır.
4. Bu arada alça quruları yuyulub hazırlanır.
5. Lobyanın hazır olmasına biraz qalmış üzərinə qızardılmış soğan və 2-3 ədəd yuyulmuş alça qurusu əlavə edilir.
6. Qiymədən xırda ölçüdə küftələr hazırlanır.
7. Küftələr şorbaya əlavə edilir.
8. Ərişdə hazırlanır və şorbaya əlavə edilir. Ərişdəni hazır halda mağazadan ala bilərsiniz və ya özünüz mayasız xəmirdən asanlıqla hazırlaya bilərsiniz.
9. Ardınca şorbaya sarıkök və duz əlavə edilərək 1-2 dəqiqə qarışdırılır.
10. Bu arada nanə qurusu hazırlanır.
11. Şorbaya ərişdə əlavə ediləndən təqribən 15 dəqiqə sonra, xəmir bişdikdə yemək qazdan götürülür.
12. Şorbanın üzərinə zövqə görə qurudulmuş nanə əlavə edilərək qarışdırılır.
13. Süfrəyə verilərkən sirkə-sarımsaqdan istifadə etmək olar. Nuş olsun!