Tərkibi
Bir ədəd 2 litrlik banka üçün:
- 2 ədəd heyva
- 1 stəkan şəkər tozu
- 2 litr su
1. İnqredientlər hazırlanır.
2. Şəkildə 3 heyva olmağına baxmayaraq, hazırlayarkən məlum oldu ki 2 ədəd heyva bəs edir. Heyva yuyulur, özəyindən təmizlənir, sonra isə kubik şəklində doğranılır.
3. Doğranılan heyvalar bir qazana yığılır.
4. Qazandaki heyvaların üzərinə, su və 1 stəkan şəkər tozu əlavə edilir.
5. Sonra oda qoyulub qaynama həddinə çatdırılır. Qaynadıqdan sonra, dadıb görsəniz ki şəkəri azdır, o zaman hazırlanma etapında birdaha şəkər əlavə edə bilərsiniz.
6. Kompotu 15-20 dəqiqə bişirib, sonra odu söndürüb və qazanın ağzını bağlayırıq ki soyusun.
7. Heyva kompotu sarı rəngdə alınır. Soyuyan kimi kompot artıq istifadəyə hazırdır.
Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2014/02/quince-compote.html
(photo by Diana Ashumova)