Tərkibi
- 350 qr lobya
- 1 x/q esensiya
- 1 ç/q duz
1. Ərzaqlar hazırlanır.
2. Lobya yuyulub təmizlənəndən sonra şəkildəki kimi doğranılır. Bir qazan duzlu suda lobya qaynadılır və 3-5 dəqiqə o suda saxlanılır.
3. Sonra lobya bankaya əlavə edilir və qaynadığı su ilə doldurulur.
4. Bankaya esensiya əlavə edilir və sterilizə üçün banka bir qazan suda 30 dəqiqə qaynadılır (qazanın dibinə mütləq parça yerləşdirilir ki banka qaynar qazana toxunmasın)
5. Banka tutağacla qazandan çıxarılıb qapağı bağlanılır. Soyuduqda artıq aparıb saxlama yerinə yerləşdirmək olar.
Belə lobyanı qışda soğan və yumurta ilə qızardıb istifadə etmək olar. Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2014/08/green-beans-for-winter.html
(photo by Diana Ashumova)