Deyilənə görə:
alkoqol az miqdarda orqanizmə xeyirlidir.
Biz daima hər şeyin öz miqdarında orqanizmə xeyirli olmasını eşidirik. Çoxsaylı tədqiqatlardan yaranan nəticələrə görə müntəzəm olaraq az miqdarda spirtli içkilərin qəbulu ürək-damar xəstəlikləri riskini azaldır, potensiyanı yaxşılaşdırır, diabet, öd daşlarının, kəmağıllıq və soyuqdəymənin qarşısını alır. Ən əsası isə hər gün nahardan sonra 1 badə şərab içən adam, guya ki, digərlərdən daha uzunömürlü olar.
Məhz buna görə alkoqolun özü ilə yox, onun həddindən artıq istifadəsi, yani sərxoşluq ilə mübarizə aparırlar. Hətta bəzi tədqiqat işlərində göstərildiyi kimi alkoqolun az miqdarda belə qəbulu xoşagəlməz nəticələr və ya bədbəxt hadisələr çıxara bilər. Bunun üçün az içsəniz belə bunu ehtiyyatla etmənizi alimlər məsləhət görürlər.
ELLEN MEYSON (kardioloq)
«Spirtli içkilərin az miqdarda istidadəsi və eyni zamanda fiziki fəallıq, həqiqətən, ürək xəstəlikləri riskinin azaldılması istiqamətində əlverişli görünür. Lakin həddən artıq alkoqol bu müsbət effektləri heçə endirir».
MƏNBƏ
Niyə bu belə deyil:
Alkoqol mötədil miqdarda əhalinin təqribən 15% sayına xeyir ola bilər ki, kimlərin orqanizmlərində CETP adlandırılan geninin nadir variasiyası mövcuddur.
Gələcəkdə insanlar xüsusi testdən keçərək onların orqanizmlərinə alkoqolun müsbət və ya mənfi təsir göstərdiyini öyrənə biləcəklər.
İlk olaraq alkoqolun insan orqanizminə eyni təsir göstərilmədiyi və insanın genindən asılı olması barədə söhbətlər 1995-ci ildən başlayır. O vaxtlar yaranan tədqiqatlarda Şimali İrlandiya və Fransadan 1236 kişi iştirak etmişdi. Tədqiqatın müəllifləri alkoqol və insanların genləri ilə müəyyən bağlantıların mövcud olmasını qeyd etmişdilər.
O vaxtdan tutarlı müqayisə yalnız İsveçin Qöteborq universitetinin işçiləri əldə etmişlər. Tədqiqat üçün onlar iki qrup ayırmışlar: ürəklərində işemiyə xəstəliyi olan 618 nəfər və sayı 2921 nəfər olan kontrol qrup. Sınaqdan keçənlər müxtəlif suallara cavab verirdilər: hansı spirtli içkiləri onlar daha çox bəyənir, gün ərzində nə qədər içirlər, siqaret çəkirlər mi, asüdə vaxtlarını necə keçirirlər və ailə vəziyyətləri barədə.
Lazımi cavabları toplayandan sonra alimlər orqanizmində xüsusi CETP geninin variasiyası olan insanların axtarışına başlamışlar. Və məlum olmuşdur ki o insanlar həqiqətən də alkoqollu içkilər qəbul edərək ürək-damar xəstəliklərinin riskini azaltmış olublar. Eyni zamanda, həmin genin orqanizmdə olması və ya mötədil miqdarda alkoqolun qəbulu ürək-damar xəstəliklərinin riskinə heç də təsir etmir. Məhz bunun üçün, gələn səfər, eşidəndə ki alkoqol mötədil miqdarda sağlamlığa xeyirdir, fikirləşin həmsöhbət etdiyiniz adamın dünya əhalisinin 15% olan xüsusi genin variasiyası ilə fərqlənən insanlara aid olması ehtimalı nə qədər ola bilər.
DAQ TELLE (epidemioloq)
«Alkoqolun mötədil qəbulu və ya hər hansı genotipə insanın mənsub olması özlüyündə sağlamlığa xeyir deyil. Lakin bu iki amil üst-üstə gəldikdə, həqiqətəndə ürək xəstəliklərin riskinin azaldılması mümkündür. Əgər biz bu mexanizmi tam təsvir edə bilsək, o zaman gələcəkdə xüsusi sınaqdan insanları keçirərək insanın həmin 15% xoşbəxt adamlara aid olub-olmamasını dəqiq deyə biləcəyik. Və kimə hansı miqdarda alkoqol içməsini məsləhət görə biləcəyik».
MƏNBƏ
Məqalə http://www.lookatme.ru saytından tərcümə edilib.
Mənbə http://www.lookatme.ru/mag/live/wrong-beliefs/209773-misconception-alcohol