Pomidor qabığını nazik və asan soymaq üçün bir-neçə sadə tədbirlər görülür. İlk olaraq pomidorun üst hissəsinin qabığında xaç şəklində kəsik edilir. Sonra pomidorlar istiyə dözümlü boşqaba qoyulub üzərinə qaynar su tökülür. Boşqabda onlar 2-3 dəqiqə saxlanılır.
Sonra qaynar su axıdılıb, pomidorların üzərinə buzlu və ya sərin su tökülür. Belə bir temperatur dəyişikliyindən sonra pomidorların qabıqları çox asanlıqla soyulacaq və nəticədə itki baş verməyəcək.
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə http://lady.mail.ru/advice/111-kak-prosto-snjat-kozhitsu-s-pomidora/