Qarışıq ətli qiymə

  • Hazırlanma vaxtı:
Qarışıq ətli qiymə

Tərkibi

  • mal əti
  • donuz əti
  • donuz piyi (salo)
  • baş soğan
  • duz
  • istiot
  • göyərti (keşniş, şüyüd, cəfəri)

Reseptdəki qiymə donuz və mal ətinin qarışığı ilə hazırlanır, lakin əgər siz tək mal ətindən hazırlamaq fikrindəsinizsə, o zaman resept hec də fərqlənmir, sadəcə mal əti istifadə edə bilərsiniz.

1. İnqredientlər.

qarishiq-etli-qiyme-01


2. Ət, piy və soğan iri kubiklər formasında doğranılır. Göyərti xırda doğranılır.

qarishiq-etli-qiyme-02


3. Ət və soğan ətçəkən maşından keçirilir və yaxşı qarışdırılır.

qarishiq-etli-qiyme-03


4. Əgər qiymə lazım olduğundan çox alınsa, o zaman bu halda onu qapaqlı boşqabda soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Əgər qiymə hazır olan kimi hamısı istifadə ediləcəksə, o zaman artıq ona duz və istiot əlavə etmək olar. Zövqə görə həm qırmızı həm qara istiot vurmaq olar.

qarishiq-etli-qiyme-04


5. Düşbərə və bir sıra digər yeməklərin hazırlanması üçün qiyməyə göyərti əlavə edilir. Göyərtinin miqdarı bişirdiyiniz yeməkdən asılıdır, bu reseptdə qiymə düşbərə üçün nəzərdə tutulub.

qarishiq-etli-qiyme-05


6. Hamısı yaxşı qarışdırılır. Və qiymə hazırdır.

qarishiq-etli-qiyme-06

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2013/06/mixed-farsh-2-meat.html

(photo by Diana Ashumova)