Tərkibi
- 60 qr şəkər tozu
- 2 ədəd yumurta
- 100 qr kərə yağı
- 250 qr un
- 1 çimdik duz
- 1 ç/q qabartma tozu
- 1 x/q limon şirəsi
- 2 ədəd alma
- 1 paket vanilin
- 1 x/q şəkər pudrası
1. Şəkər tozu və vanilin yumurtaya əlavə edilərək çalınır.
2. Yumşaldılmış kərə yağı əlavə edilib yenidən qarışdırılır.
3. Qabartma tozu, duz və ələkdən keçirdilmiş un əlavə edilərək qarışdırılır.
4. Digər tərəfdə almalar təmizlənir və xırda kubiklər formasında doğranılır, üzərinə limon şirəsi səpilir.
5. Doğranmış almalar xəmirlə qarışdırılır.
6. Perqament kağızı sərilmiş tavanın üzərinə xörək qaşığı ilə xəmirlər yerləşdirilir. Əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada 15-20 dəqiqə bişirilir.
7. Hazır peçenyalar tam soyudulur.
8. Zövqə görə üzərinə şəkər pudrası səpilir. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.