Göbələk peçenyası

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 250 qr ərinmiş kərə yağı və ya marqarin yağı
  • 2 ədəd yumurta
  • 1 stəkan şəkər kirşanı
  • 2,5 stəkan un
  • 200 qr qarğıdalı unu
  • 1 paket  vanil
  • 1 paket qabartma tozu
  • kakao

 


1. Qaba un ələnir.

2. Una ərinmiş yağ, yumurta, şəkər kirşanı, vanil, qabartma tozu əlavə edib xəmir əmələ gələnə qədər yoğururuq.

3. Xəmir nə bərk nə də yumuşaq olmalıdı.

4. Alınmış xəmirdən qoz böyüklüyündə yumru peçenyalar hazırlayıb sobanın tavasına düzürük.

5. Balaca bir qaba kakao tökürük.

6. Göbələk formasını vermək üçün plastik su qabların qapağından istifadə edirik. Qapağı kakao batırıb yumru peçenyaların üstünə basılır. 

7. Əvvəlcədən isidilmiş 200 dərəcədə üstü biraz qızarana kimi bişirilir. 

      Nuş olsun!