Ərik cemindən keks

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 250 qr qatıq
  • 0,5 stəkan ərinmiş kərə yağı
  • 3 stəkan un
  • 1 stəkan ərik cemi
  • 1 ç/q soda
  • vanil

1. İlk öncə yumurta ilə şəkər tozu qarışdırma teli ilə qarışdırılır.

2. Sonra qatıq, yağ, un, soda, vanil əlavə olunur və qarışdırma teliylə yaxşı qarışdırılır.

3. Alınmış kütləni diametri 20 sm olan tavaya tökürük (keks tavaya yapışmasın deyə tavaya kərə yağı sürtüb üstündən un səpirik).

4. Əvvəlcədən 190 dərərcə isidilmiş sobada 25 dəqiqə bişirilir.Bişməyini kibrit çöpü ilə yoxlayırıq.

5. Keks bişdikdən sonra tam soyumasını gözləyirik. Tam soyuduqdan sonra keksin kənarları kəsilir, əlnən və ya sürtgəcin köməyi ilə xırdalanır.

6. Keksın üzərinə və kənarlarına cem vurulur (mən bu reseptde ərik mürəbbəsindən istifadə etdim-əriyin dənələrini blenderden keçirib cem halına gətirmişəm).

7. Xırdalanmış xəmir ovuntuğlarını keksin üstünə və kenarlarına vururuq.

Nuş olsun!