Kəsmikli keks

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 3 ədəd yumurta
  • 2 stəkan şəkər tozu
  • 200 qr kəsmik
  • 2 x/q xama
  • 100 qr kərə yağı
  • 2 stəkan un
  • qabartma tozu
  • vanil

1. İnqredientlər hazırlanır.

2. Qoz biraz qovrulur və xırda hissələrə ayrılır.

3. Kərə yağı əridilir.

4. Yumurtanın üzərinə şəkər tozu əlavə olunur rəngi açılana kimi mikserlə qarışdırılır.

5. Yumurtalı qarışığa kəsmik, əridilmiş yağ və xama əlavə edilib yenidən mikserlə qarışdırılır.

6. Alınmış qarışığa un, qabartma tozu və vanil əlavə olunub silikon qaşıqla yaxşı qarışdırılır.

7. Keksın xəmiri hazır olduqda qoz əlavə olunub qarışdırılır.

8. Xəmir tavaya əlavə olunur.

9. Keksın üzəri bəzəkli olması üçün şokolad qırıntılarından istifadə etmək olar.

10. Keks əvvəlcədən 190ºC isidilmiş sobada 25 dəqiqə bişirilir.

Nuş olsun!