Tərkibi
1 litrlik banka üçün
- 10 baş sarımsaq (təxminən yarım kilo)
- 4 ədəd dəfnə yarpağı
- 4 ədəd mixək
- 5-6 ədəd yumru qara istiot
- 2 xörək qaşığı iri duz
- təxminən 2 stəkan üzüm sirkəsi
1. Sarımsaq başlarının üst qabığını bir neçə lay soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.
2. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.
3. Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.
Məqalə http://www.azcookbook.com/azeri/ saytından götürülüb.