Turşuya qoyulmuş şampinyon göbələkləri

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1 kg şampinyon
  • 2 stəkan su
  • 50-60 qr sirkə cövhəri (30%)
  • 10 ədəd (noxud dənələri) qara istiot
  • 4 əd mixək
  • 2 əd dəfnə yarpağı
  • 10 qr duz
  • 5 qr şəkər tozu
  • muskat

1. Ərzaqlar hazırlanır.


2. Göbələklər 10 dəqiqə ərzində duzlu suda qaynadılır. Sonra su axıdılır.


3. Marinadın (şorabanın) hazırlanması. Su qaynama həddinə gətirilərək istiot, dəfnə yarpağı, mixək, muskat, sirkə, duz və şəkər tozu əlavə edilir. Göbələklərin üzərinə alınan marinad əlavə olunur və birdaha qaynama həddinə gətirilərək 5 dəqiqə bişirilir.


4. Göbələklər isti-isti bankalara doldurulub bağlanır. Göbələklər soyuduqda isə bankalar soyuducuya yerləşdirilir.


5. Turşu göbələkləri soyuyandan dərhal sonra artıq istifadə etmək olur. Nuş olsun!

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13222-marinovannye-shampinony/