Tərkibi
- yarım kilo ucları kəsilmiş yaşıl lobya
- 2-3 ədəd şüyüd dəsti
- yarım ç/q istiot
- ¼ ç/q xardal toxumları
- 3 diş sarımsaq
- 2-3 ədəd qırmızı bibər və ya ¼ ç/q qırmızı bibər
duzlanması üçün:
- 1 stəkan su
- 1 stəkan alma sirkəsi
- 1 ç/q duz
1. Bankanın uzunluğuna uyğun olaraq lobyaların başları doğranır.
2. Lobyaları rəngləri açılanadək bir qazan qaynar suyun içində 30 saniyə ərzində saxlayıb, sonra oradan çıxarıb buzlu suya yerləşdirin ki bişmənin qarşısı alınsın.
3. Digər boş bir qazana 1 stəkan su, alma sirkəsi və 1 ç/q duz əlavə edib qaynadılır və sonra oddan götürülərək otaq temperaturu vəziyyətinə gətirilir.
4. Bankaya istiot, xardal toxumları, sarımsaq, bibər, şüyüd dəstləri və yaşıl lobyaları əlavə edərək üzərinə şorabanı töküb əmin oluruq ki onlar tam olaraq şoraba ilə örtülüblər.
5. Bankanın qapağını bağlayıb onu 2 günlük soyuducuya yerləşdiririk.
Soyuducuda turşunu 3 aya qədər saxlaya bilərsiniz.
Məqalə http://www.lemonythyme.com saytından tərcümə edilib.
Mənbə http://www.lemonythyme.com/refrigerator-pickled-green-beans/