Tərkibi
- 150 qr bakı pomidoru
- 10 qr soğan
- 3 qr (1 dəst) reyhan
- 4 qr çili bibəri (acı yaşıl bibər)
Özbək dilindən Açik-çuçuk sözünün hərfiyyən mənası acı-şirin (və ya acılı-acısız) kimi tərcümə edilir. Əsasən bu salat plovla birgə süfrəyə verilir.
1. Ərzaqlar hazırlanır.
2. Soğan nazik xətlər şəklində doğranılır.
3. Reyhan xırda-xırda doğranılır.
4. Doğranılan soğan və reyhan bir boşqabda qarışdırılır.
5. Pomidorlar nazik xalqa şəklində doğranılır.
6. Səliqəli qarışdırılır.
7. Bibərlər həmçinin nazik xalqa şəklində doğranılır.
8. Salat bəzədilir.
9. Salat hazırdır! Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.