Tərkibi
- 2 ədəd kök
- 2 ədəd çuğundur
- 1 ədəd avokado
- 2 dəstə keşniş
sous üçün:
- 1 ədəd apelsin şirəsi (yumşaq hissələri ilə)
- 1 ədəd laym qabığı
- 2 x/q bitki yağı
- 1 x/q ətirli sirkə
- 1/4 ç/q üyüdülmüş zirə
- zövqə görə duz və istiot
1. Çuğundur və kök bir qazan suda qaynadılır (nəticədə kök rəngini dəyişəcək, zövqə görə ayrı-ayrılıqda da qaynada bilərsiniz). Kök və çuğundur doğranılır; kök uzunsov formada, çuğundur isə dilimlərlə.
2. Çuğundur və kök qaynayan müddətdə sous hazırlamaq olar. Bunun üçün sousa lazım olan bütün komponentlər bir boşqabda yaxşı qarışdırılır. Keşniş yarpaqları əlavə edilir və yenidən qarışdırılır.
3. Doğranmış kök və çuğundur isti-isti sousla qarışdırılır. Üzərinə dörd yerə kəsilmiş avokado qoyulur və üstdən bir qədər sous axıdılır.
4. Beləliklə avokado, kök və çuğundurdan ibarət maraqlı salat hazırdır. Süfrəyə verərkən üzərinə həmçinin bir qədər keşniş də əlavə etmək olar.
Nuş olsun!
Məqalə http://www.freshnessgf.com saytından tərcümə edilib.
Mənbə http://www.freshnessgf.com/avocado-beet-carrot-abc-salad/