Tərkibi
- 100 qr qara gavalı
- 100 qr toyuğun döş əti
- 100 qr qoz ləpəsi
- 2 ədəd kartof
- 2 ədəd kök
- 2 ədəd yumurta
- mayonez
- duz
1. Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülür, bişənə kimi qaynadılır. Bişdikdən sonra qabıqları təmizlənir.
2. İnqredientlər hazırlanır.
3. Toyuq suda bişirilir. Bişdikdən sonra əlnən xırda hissələrə ayrılır və ya bıçaqla xırda doğranılır.
4. Gavalı doğranılır.
5. Qoz ləpələri maşından keçirilərək üyüdülür.
6. Salat hazırlanarkən ilk növbədə qaba az miqdarda mayonez vurulur.
7. Kartof sürtkəcdən keçirilir, üzərinə duz və mayonez vurulur.
8. Kök sürtkəcdən keçirilir və kartofun üzərinə əlavə olunur. Ardınca duz və mayonez vurulur.
9. Duz və mayonez vurularaq bütün inqredientlər qat-qat yığılır. Kök, kartof, yumurta sürtkəcdən keçirilir.
10. Sonda kartof sürtkəcdən keçirilərək üzərinə duz və mayonez vurulur.
11. Salatın hər tərəfinə qoz əlavə edilir.
12. Salatın üstü zövqə görə bəzədilir.
Nuş olsun!