Krevetkalı salat

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 300 qr krevetka (dondurulmuş)
  • kahı
  • 10-15 ədəd xırda pomidor
  • 2 diş sarımsaq
  • 1 ədəd acı bibər
  • 4 x/q zeytun yağı
  • parmesan pendiri
  • ətirli sirkə
  • duz
  • qara istiot

Fransada, İtaliyada və kontinental Avropanın böyük hissələrində, dəniz məhsulları ənənəvi olaraq Milad ərəfəsində yeyilir

1. İnqredientlər.


2. Bir dəqiqəlik krevetkalar qaynayan suya əlavə edilir. Süzgəcə əlavə edilərək suyu süzülür. Zövqə görə krevetkalar quyruqdan təmizlənir.


3. Zeytun yağı qızdırılır. Sarımsaqlar yarı kəsilir, bibər həmçinin yarı kəsilir, tumlardan təmizlənir. Və zeytun yağında qızardılır.


4. Sarımsaqlar rəngini dəyişən kimi, bibər və sarımsaqlar çıxarılıb atılır. Beləliklə yağ ətirli və acılı alınır. Tavaya krevetkalar əlavə edilir və 2 dəqiqə qızardılır. Zövqə görə istiot vurulur.


5. Boşqaba kahı və doğranmış pomidorlar əlavə edilir. Üzərinə krevetkalar düzülür.


6. Yaxşı qarışdırılır və zövqə görə duz vurulur. Bir qədər ətirli sirkə səpilir. Parmesan pendiri səpilir. Salat hazırdır. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1392/shrimp-salad/