Tərkibi
- 150 qr kahı
- 70 qr turp
- 80 qr xiyar
- 80 qr xırda pomidorlar (çerri)
- 50 qr + 50 qr bolqar bibəri (qırmızı və sarı)
- 40 qr qırmızı soğan
- duz zövqə görə
- istiot zövqə görə
- 30 ml kətan yağı
- 20 qr xardal
- 10 ml limon şirəsi
1. Bütün tərəvəzlər yuyulub, qurudulur. Kahı hissələrə didilir.
2. Turp yumru hissələrə doğranılır.
3. Bibərlər tumlarından təmizlənərək ücbucaq formasında doğranılır.
4. Soğan təmizlənir və xırda saman formasında doğranılır.
5. Pomidorlar yarı doğranılır.
6. Xiyarlar yumru şəkildə doğranılır.
7. Sousun hazırlanmsı: dərin qaba limon şirəsini töküb və daima qarışdırılaraq üzərinə kətan yağ əlavə edilir. Sonda zövqə görə duz və istiot əlavə edilir.
8. Sonra bütün tərəvəzləri bir dərin qaba tökərək, onların üzərinə sous əlavə edilir və qarışdırılır.
9. Və nəhayət, alınan salatı boşqaba tökərək dada bilərsiniz. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə http://lady.mail.ru/recipe/13826-legkij-salat-iz-sezonnyh-ovoshhej/