Tərkibi
- 3 ədəd pomidor
- 4 ədəd xiyar
- 4 ədəd qaynadılmış yumurta
- 5 ədəd qaynadılmış kartof
- 1-2 dəstə yaşıl soğan
- 1 dəstə cəfəri
- 1 dəstə şüyüd
- kahı
- mayonez
- xama
- duz
- istiot
1. İnqredientlər hazırlanır.
2. Tərəvəzlər və göyərtilər yuyulur, qurudulur, qaynadılmış kartof və yumurtlarar təmizlənir. Kartof və yumurta kubik şəklində doğranılır.
3. Ardınca xiyarlar yarımdairəvi formada doğranıb boşqaba əlavə edilir.
4. Pomidorlara hələ ki toxunulmur, çünki inqredientlərin içində pomidor ən sulu tərəvəzdir. Yaşıl soğan doğranıb salata əlavə edilir.
5. Sonra iri kvadrat formasında kahı doğranılır.
6. Göyərtilərdən qalan cəfəri və şüyüd həmçinin xırda doğranıb salata əlavə edilir.
7. Hamısına duz və istiot əlavə edilir.
8. Bütün inqredientlər doğranandan sonra sıra gəlir pomidora. Pomidorlar orta boyda kubiklər şəklində doğranılır və salat boşqabına əlavə edilir.
9. Bərabər həcmdə mayonez və xama əlavə edilir.
10. Salat qarışdırılır.
11. Yaxşı qarışdırılandan sonra birdaha zövqə görə mayonez və xama əlavə edilib qarışdırılır.
12. Və budur, salat hazırdır. Bu reseptdə salat 3-5 porsiya üçün nəzərdə tutulub, lakin siz hazırlayarkən mütləq yeyə biləcəyiniz qədər hazırlayın, çünki bu salat 1 gündən sonra sulu alınır. Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2013/10/delicious-salad.html
(photo by Diana Ashumova)