Portağal salatı

  • Hazırlanma vaxtı:

Tərkibi

  • kahı
  • 3 ədəd portağal
  • 1 ədəd baş soğan
  • zövqə görə küncüt

içlik üçün:

  • 50 qr təbii yoqurt
  • 1 ç/q xardal
  • 1 diş sarımsaq
  • 1 x/q zeytun yağı
  • 1 x/q limon şirəsi

Qeyri-adi salat resepti ilə tanış olmağa hazırsınız? Portağal, soğan, kahı və dadlı yoqurt içliyi. Hamısı bir yerdə qarışdırılaraq çox ləzzətli və zəngin dadlı salat alınır.

1. İnqerdientlər.


2. Həmişəki kimi ilk olaraq içlik hazırlanır. Bunun üçün yoqurt, xardal, zeytun yağı, limon şirəsi və əzilmiş sarımsaq qarışdırılır.


3. Duz və istiot vurularaq bir kənarda saxlanılır.


4. Portağal qabığından təmizlənir və dilimlərə doğranılır. Sonra dilimlər ortadan kəsilərək boşqaba yığılır.


5. Kahı yuyulur və mətbəx salfeti ilə qurudulur.


6. Boşqabın dibinə kahı yarpaqları əlavə edilir, üzərinə isə portağallar.


7. Soğan xırda doğranılır və portağalın üstünə əlavə edilir.


8. Salata hazırladığımız içlik əlavə edilir.


9. Ehtiyyatla qarışdırılır və süfrəyə verilir. Süfrəyə verərkən zövqə görə salatın üzərinə küncüt də əlavə etmək olar. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1267/orange-salad/