Tərkibi
- 600 qr toyuğun döş əti
- 120 qr xərçəngin boyun hissəsi
- 300 qr krab əti
- 5 ədəd kartof (soyutma bişmiş)
- 2 ədəd xiyar
- 2 ədəd yerkökü (soyutma bişmiş)
- 0.5 ç/q kapers
- 60 qr zeytun (tumsuz)
- 120 qr kornişon
- 1 ədəd yaşıl alma
- 1 dəstə kahı
- 1 x/q qırmızı kürü (bəzək üçün)
- 300 qr xama
- 50 qr xardal
- 12 ədəd bildirçin yumurtası (soyutma bişmiş)
- 0.5 ç/q duz
1. Tərəvəzlər yuyulub təmizlənir.
Toyuğun döş əti bir qədər duzlu suda qaynadılır və xırda doğranılır.
2. Bildirçin yumurtaları təmizlənir və hamısı tən ortadan kəsilir.
3. Krab ətləri təmizlənir və kənarda saxlanılır. Kaperslər, zeytunlar və kornişonlar xırda doğranılır.
4. Alma təmizlənir və özəyi atılır. Tərəvəzlər doğranılır, xiyar, yerkökü və alma iti bıçaqla xırda kubiklər şəklində doğranılır.
5. Qarışdırmaq üçün hamısı bir boşqaba yerləşdirilir. Krab əti və doğranılan tərəvəzlər boşqaba əlavə edilərək hamısı qarışdırılır.
6. Üzərinə mayonez və xardal qarışığı əlavə edilərək bir daha qarışdırılır və duz vurulur.
Hazırlanmış salat kahı yarpağının üzərinə yerləşdirilir. Üstünə bəzək kimi qırmızı kürü və bildirçin yumurtaları yerləşdirilir. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.