Toyuq ətindən salat

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2 ədəd hazır toyuq döş əti
  • 2 ədəd iri (qabığı soyulmuş) pomidor
  • 80 qr qara (tumu çıxardılmış) zeytun
  • 3 ədəd kərəviz özəyi
  • göy soğan
  • 30 qr ləpə (qoz, badam və ya balqabaq tumu)

Qatqı üçün:

  • 1 x/q albalı və ya moruq sirkəsi
  • 3 x/q zeytun yağı
  • 1 diş sarımsaq (zövqə görə)
  • duz
  • istiot

Əgər sizdə əlavə olaraq bişmiş və ya qızardılmış toyuğun döş əti qalıbsa, o zaman ondan maraqlı və dadlı salat hazırlamaq olar.

1. İnqredientlər hazırlanır.


2. Döş əti uzunsov xətlər formasında doğranılır.


3. Soğan, kərəviz, pomidor və zeytun doğranılır. Ləpələr əzilir.


4. Qatqı hazırlanır: sirkə ilə yağ, duz, istiot və zövqə görə əzilmiş sarımsaq qarışdırılır.


5. Salata qatqı əlavə olunub ehtiyyatla qarışdırılır.


6. Vəssalam! Salat hazırdır. Yüngül, hazırlanması tez olan bu salat sizi öz dadı ilə təəccübləndirəcək. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1858/salat-iz-kuritsi/