Tərkibi
- 1 ədəd ağ turp
- 1-2 ədəd kök
- 2-3 ədəd qırmızı turp
- 2-3 ədəd baş soğan
- 1 x/q sirkə
- göyərti
- zövqə görə duz
- zövqə görə istiot
- zövqə görə şəkər tozu
1. İnqredientlər hazırlanır.
2. Baş soğan halqa şəklində doğranılır.
3. Soğan 20 dəqiqəlik sirkə, duz, istiot və şəkər tozu qarışığında marinə edilir.
4. Ağ turp təmizlənir və şəkildəki kimi doğranılır.
5. Qırmızı turpun bir hissəsi ağ turp kimi doğranılır, bir hissəsi isə dairəvi şəkildə.
6. Kök xırda sürtkəcdən keçirilir.
7. Bütün məhsullar qarışdırılır, duz və istiot əlavə edilir.
8. Salat xırda doğranmış göyərti ilə səpilib süfrəyə verilir. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.