Vineqret

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 5 ədəd orta ölçülü çuğundur (və ya 3 iri ölçülü)
  • 3 ədəd iri ölçülü kartof
  • 7-10 ədəd balaca duzlu xiyar
  • 350 qr yaşıl noxud
  • 3 ədəd kök
  • 2 ədəd qırmızı baş soğan

içliyi üçün:

  • 150 qr zeytun yağı
  • 50 qr ağ şərab sirkəsi
  • 3 qr duz
  • zövqə görə qara istiot

Vineqret ölkəmizdə ən populyar salatlardan biridir. Saytımızda artıq vineqret reseptinin olmasına baxmayaraq, reseptlərin tərkibi və hazırlama üsulları bir qədər fərqli olduğundan sizinlə yenidən paylaşırıq.

1. İnqredientlər.


2. Bütün tərəvəzlər hazırlanır. Kök və kartof qaynadılır. Çuğundur isə mikrodalğalı sobada hazırlanacaq. Bunun üçün çuğundur yuyulub təmizlənəndən sonra folqa kağızına bükülür. Sonra bıçaqla folqada dəliklər edilir. Sobanın tavasına duz səpilir və onun üzərinə folqaya bükülmüş çuğundurlar düzülür. Duzun hesabına sobada sabit temperatur rejimi alınacaq. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada təqribən 2 saat bişirilir (həmçinin baxın "Çuğundurun tez hazırlanması").


3. Bütün tərəvəzlər hazır olandan sonra yaşıl noxud bişirilir. Bunun üçün onu 5 dəqiqəlik qaynar duzlu suda saxlamaq yetərlidir.


4. Vineqretin içliyi hazırlanır. Bunun üçün zeytun yağı, sirkə, duz və istiot qarışdırılır.


5. Kartof, soğan və kök xırda doğranaraq ehtiyyatla qarışdırılır.


6. Digər boşqaba xırda doğranmış çuğundur əlavə edilir. Onun üzərinə hazırlanan içliyin 1/3 hissəsi əlavə edilərək yaxşı qarışdırılır.


7. Duzlu xiyarlar həmçinin xırda doğranılır.


8. Xiyarla çuğundur qarışdırılır.


9. Yerdə qalan içliyin hamısı kartofla kök kütləsinə əlavə edilir. Yaxşı qarışdırılır.


10. İndi isə kartoflu kütlə çuğundurlu kütlə ilə ehtiyyatla qarışdırılır. Vineqret hazırdır!


11. Bütün tərəvəzli yeməklər kimi, vinqret də bir gün qalandan sonra daha dadlı alınır. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1277/vinaigrette/