Yaşıl almalı və çuğundurlu salat

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 1-2 ədəd çuğundur (qaynadılmış)
  • 1 ədəd yaşıl alma (misal üçün "Granny Smith" sortu)
  • 1 ədəd baş soğan

Zövqə görə:

  • şüyüd
  • alma sirkəsi
  • bitki yağı
  • duz
  • istiot

Sadə hazırlanması və yüngül olması üçün bu salat tez-tez sizin süfrənizin qonağına çevriləcək. Saytımızda çuğundurun tez hazırlanması barədə yazmışdıq və bu reseptdə həmçinin o məsləhətləri həyata keçirə bilərsiniz.

1. Yaşıl almanın qabığı soyulur və kubik şəklində doğranılır. Limon şirəsi səpilir.


2. Bişmiş çuğundur həmçinin kubik şəklində doğranılır.


3. Soğan xırda doğranılır.


4. Şüyüd xırda doğranılır.


5. Hazırlanmış inqredientlər salat qabına əlavə edilir.


6. Uzərinə bir qədər alma sirkəsi, bir damcı bitki yağı, duz və ətirli istiot əlavə edilib yaxşı qarışdırılır.


7. Beləliklə salat hazırdır! Az əmək sərf etməklə çox faydalı salat əldə etmiş oldunuz. Nuş olsun!

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14180-salat-so-svekloj-i-zelenym-jablokom/