Tərkibi
- 1 ədəd kahı
- 2 ədəd pomidor
- 2 ədəd xiyar
- 1 ədəd kök
- yarım ədəd limon
- zeytun yağı və ya günəbaxan yağı
- duz
1. Kahı, pomidor, xiyar yaxşı yuyulur və qurudulur.
2. Kökün qabığı təmizlənib yuyulur.
3. Kahı, pomidor, xiyar kvadrat şəklində doğranılır qaba tökülür.
4. Kökü sürtgəçdən keçirilib qaba tökülür.
5. Limonun suyu sıxılır salata əlavə olunur.
6. Duz və zeytun yağı vurulub yaxşı qarışdırılır.
Nuş olsun!