Yengəc salatı

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 12 ədəd yengəc çubuqları
  • 2 ədəd kartof
  • 2 ədəd kök
  • 3 ədəd yumurta
  • 280 qr konservləşdirilmiş qarğıdalı
  • 2 ədəd turşu xiyar
  • mayonez
  • duz 

1. Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülüb bişənə kimi qaynadılır.


2. İnqridientlər hazırlanır. Kartof, kök, yumurtanın qabıqları təmizlənir.


3. Yengəc çubuqları yumru formada doğranılır.


4. Kartof kiçik kub şəklində doğranılır.


5. Kök kiçik kub şəklində doğranılır.


6. Yumurtanın ağı kiçik kub şəklində doğranılır. Yumurtanın sarısı salatda istifadə olunmur.


7. Turşu xiyar kiçik kub şəklində doğranılır.


8. Doğranılan inqridientlerin hamısı bir qaba tökülür və konservləşdirilmiş qarğıdalı dənələri əlavə olunur.


9. Salata zövqə görə duz vurulub qarışdırılır.


10. Salatın tamamlanması üçün mayonez əlavə olunub qarışdırılır.

Nuş olsun!