Almalı fransız tostları

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2 əd alma 
  • 2 əd hamburqer bulkusu (və ya adi çörək)
  • 2 əd toyuq yumurtaları
  • 100 qr inək südü
  • 20 qr kərə yağı
  • 1 x/q bal
  • 1 ç/q darçın

1. Ərzaqlar hazırlanır.


2. Almalar dörd hissəyə bölünərək qabıqları soyulur.


3. Almarar xırda kubiklər şəklində doğranılır.


4. Az odda, kərə yağında almalar qızardılır.


5. Almalar yumşaq olduqda darçın əlavə edib və 5 dəqiqə daha qızardılır. Sonda bal əlavə edib qarışdırıb oddan götürülür.


6. Boşqabda yumurta südlə çalınır və duz əlavə edilir.


7. Bulkular (tostlar) yumurta məhlulunda 20-30 saniyə ərzində istadılır.


8. Sonra tostlar tavada hər tərəfli qızardılır.


9. Üzərinə alma qarışığı əlavə edərək süfrəyə verilir.


10. Nuş olsun!

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13072-frantsuzskie-tosty-s-jablokami/