Kirpi pirojnası

  • Hazırlanma vaxtı:

Tərkibi

Ərzaqlar:

  •   5 ədəd yumurta
  •  1,5 stəkan şəkər tozu
  •   200 qr kərə yağı
  •   2,5 stəkan un
  •   1 ç/q sirkə
  •   yarım ç/q soda
  •   vanil

Krem üçün lazım olan ərzaqlar:

  • 500 qr kərə yağı
  • 1 ədəd qatılaşdırılmış süd

1.Kərə yağı əridilir.

2. Yumurta və şəkər tozu mikserlə qarışdırılır.

3. Hazırlanmış kütlənin üzərinə yağ əlavə olunub qaşıqla qarışdırılır.

4.Kənarda sodanı sirkəylə qarışdırırıq və hazırlanmış kütləyə əlavə edirik.

5.Sonda un və vanil əlavə edilib qaşıqla yaxşı qarışdırılır.

6. Alınmış xəmiri tavaya töküb 180 dərəcə sobada 20-25 dəqiqə bişiririk (bişməyini çöplə yoxlayırıq).

7. Xəmir bişənə kimi kremi hazırlayırıq. Kərə yağı ilə qatılaşdırılmış süd mikserin köməyi ilə krem alınana kimi qarışdırılır.

8. Xəmir bişdikdən sonra soyudulur, armudu stəkanın ağzı ilə kəsilir.

9. Yumru xəmirlər alınır. Alınmış xəmiri bıçaqla ortadan yarıya bölüb arasına, kənarlarına krem vurulur.

10. Yerdə qalan xəmir sürtgəcdən keçirilib, ovudulur və pirojnanin hər tərfinə vurulur.

Nuş olsun!