Şokoladlı keks

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 187 qr un
  • 198 qr şəkər tozu
  • 28 qr kakao
  • 7 qr qabartma tozu
  • 3 qr duz
  • 5 ml alma sirkəsi
  • 19 ml vanil ekstraktı
  • 118 ml qoxusuz bitki yağı
  • 237 ml soyuq su (və ya tünd olmayan qəhvə)

1. Lazım olan inqredientlər.


2. Soba 180°C temperaturunda isidilir. Bu arada un, şəkər tozu, kakao, qabartma tozu və duz qarışdırılır.


3. Alınmış kütlədə 3 dəlik açılır - biri böyük ikisi isə balaca dəliklər. Balaca dəliyin birinə alma sirkəsi, digərinə isə vanil ekstraktı əlavə edilir. Böyük dəliyə isə yağ əlavə edilir.


4. Hamısı yaxşı qarışdırılır. Nəticədə həmcins, qabarıqsız maye xəmir alınır.


5. Maye xəmir bir neçə və ya bir forma qabına əlavə edilərək 30 dəqiqə sobada bişirilir.


6. Hazır olandan sonra soyuması gözlənilir.


7. Artıq üzərinə şəkər pudrası səpərək süfrəyə vermək olar. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1/chocolate-cake/