Almalı skon

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 450 qr un
  • 5 ç/q qabartma unu
  • 1,5 ç/q duz
  • 110 qr yağ
  • 50 qr şəkər tozu
  • 450 qr alma
  • süd (xəmir yoğurmaq üçün)

Səhər yeməyində skonla çay içmək ingiltərənin qədim ənənəsidir. Skonlar (ing. "scone") — böyük ölçüdə olmayan ənənəvi ingilis bulkalarıdır.

1. İnqredientlər.


2. Soba 200°C temperaturunda qızdırılır, tavaya yağ çəkilir və bir az un səpilir. Böyük boşqaba ələkdən keçirərək un, qabartma tozu və duz əlavə edilir.


3. Yağ xırda kubiklər şəklində doğranılıb una əlavə edilir.


4. Yağ unda qarışdırılır, şəkər tozu əlavə edilir. Yaxşı qarışdırılır.


5. Almalar təmizlənir. Almaların yarısı iri sürtkəcdən keçirilir, digər hissəsi isə xırda doğranılır (şəkildəkindən də xırda).


6. Almalar una əlavə edilir. Yaxşı qarışdırılır. Tədricən, xörək qaşığı ilə süd əlavə edilir və xəmir yoğrulur. Reseptdə cəmi 2 x/q süd istifadə edilib.


7. Xəmir un səpilmiş taxtaya qoyulur və qalınlığı təqribən 1 sm ölçüdə yayılır.


8. İti forma ilə skonlar kəsilir. Diqqət edin ki forma iti olsun, qıraqları zədələmədən. Stəkan bu halda köməyə gəlməz.


9. Skonlar tavaya düzülür. Üzərinə süd vurulur və azmaz şəkər tozu səpilir. Təqribən 20-25 dəqiqəlik sobaya yerləşdirilir.


10. Hazır skonlar sobadan çıxardılıb, soyuması üçün boşqaba yerləşdirilir.


11. Nəhayət ingilis səhər yeməyi hazırdır! Süfrəyə verərkən zövqə görə üzərinə pendir və çiyələk cemi qoymaq olar. Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1907/yablochnie-skoni/