Biskvit «Zəriflik»

  • Hazırlanma vaxtı:
Biskvit «Zəriflik»

Tərkibi və istifadə olunan ərzaqlar

  • 400 qr un
  • 300-450 qr şəkər tozu
  • 1 stəkan süd
  • 5 ədəd yumurta
  • 100 qr kərə yağı
  • 10 qr qabartma tozu
  • bir çimdik duz

Hopdurması üçün:

  • 250 qr yağsız xama
  • 350 qr qatılaşdırılmış süd (squşonka)
  • 1 x/q vanil esensiyası

Hazırlanma qaydası

1. İnqredientlər.

biskvit-zeriflik-01


2. Soba 180°C temperaturunda isidilir. Kasaya un, qabartma tozu və duz əlavə olunub kənara qoyulur.

biskvit-zeriflik-02


3. Balaca qazanda, az odda südlə yağ isidilir, yalnız yağ əriyənə qədər.

biskvit-zeriflik-03


4. Bir qədər dərin qazanda, yumurta ilə şəkər tozu çalınır. Təqribi 5 dəqiqə - yumurtanın rəngi açılana qədər.

biskvit-zeriflik-04


5. Sonra, tədricən qarışdıraraq qaşıqla un əlavə edilir.

biskvit-zeriflik-05


6. Və yuxarıda hazırlanan südlü mayenin 1/4 hissəsi əlavə edilir.

biskvit-zeriflik-06


7. Hamısı bir yerdə həmcins kütlə alınana qədər çalınır. Biskvit qabı yağlanır, dibinə bir qədər un səpilir. Maye xəmir biskvit boşqabına əlavə edilib 40-50 dəqiqəlik sobaya yerləşdirilir.

biskvit-zeriflik-07


8. Hazır biskvit qırmızı və elastik alınmalıdır. Bir qədər soyudulur.

biskvit-zeriflik-08


9. Bu arada hopdurma hazırlanır. Blender vasitəsi ilə qatılaşdırılmış süd, xama və vanil esensiyası tam qarışdırılır.

biskvit-zeriflik-09


10. Biskvit formadan çıxarılır.

biskvit-zeriflik-10


11. Biskvit öz həcmindən böyük bir qazana yerləşdirilir. Bıçaq və ya çəngəl vasitəsi ilə biskvitdə dərin dəliklər edilir.

biskvit-zeriflik-11


12. Hopdurma ilə yavaş-yavaş doldurulur.

biskvit-zeriflik-12


13. Və bu halda, qazanın qapağı bağlanıb, biskvit 5 saat ərzində saxlanılır (daha yaxşı olar ki bütün gecəni). Bu müddət ərzində biskvit süngər kimi bütün hopdurmanı özünə çəkmiş olar.

biskvit-zeriflik-13


14. Dadlı, zərif və yüngül biskvit hazırdır! Səhər yeməyində bir fincan çay ilə bu cür biskvit hər kəsin xoşuna gələr. Nuş olsun!

biskvit-zeriflik-14

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1776/biskvit/