Cemli piroq

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 2 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 2 x/q qatıq
  • 200 qr kərə yağı
  • soda 
  • un
  • vanil

1. Kərə yağı əridilir.


2. Qab götürülür içinə kərər yağı, qatıq, yumurta, şəkər tozu, soda tökülüb əlnən qarışdırılır.


3. Alınmış qarışığa un, vanil əlavə edilib ələ yapışmayan xəmir hazırlanır.


4. Alınmış xəmirin 1/3 hissəsi soyuducunun dondurucu hissəsinə qoyulub dondurulur.


5. Yerdə qalan xəmir tavaya barmaqlarla yayılıb üzərinə cem vurulur.


6. Soyuducuda dondurulmuş xəmir cemin üzərində sürtgəcdən keçirilir.


7. Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada üzəri biraz qızarana kimi bişirilir.

Qeyd: Mənim tavam kiçik olduğundan yarım pors hazırladım. Verilən ərzaqlar diametri 26 sm-lik tava üçün nəzərdə tutulub.

Nuş olsun!