Tərkibi
- 2 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 250 ml qatıq
- 0,5 stəkan duru yağ (günəbaxan yağı)
- 2 stəkan un
- 10-15 ədəd çiyələk
- 100 qr xırdalanmış qoz ləpəsi
- 0,5 ç/q soda
- vanil
1. İlk öncə yumurta ilə şəkər tozu mikserlə qarışdırılır.
2. Sonra qatıq, yağ əlavə olunur mikserlə yaxşı qarışdırılır.
3. Üzərinə soda, vanil, un əlavə olunub aşağı sürətlə mikserlə qarışdırılır.
4. Alınmış xəmiri 26 sm diametri olan düzbucaqlı formalı qaba töküb ,üzərinə çiyələklər (mən mürəbbədəki çiyələklərdən istifadə etdim) düzülür və xırdalanmış qoz ləpəsi səpilir.
5. Əvvəlcədən 180 dərərcədə isidilmiş sobada 25 dəqiqə bişirilir.
Nuş olsun!