Tərkibi
- 500 qr un
- 18 qr maya (droj)
- 50 qr şəkər tozu
- 10 qr duz
- 5 ədəd yumurta
- 75 qr su
- 200 qr kərə yağı
1. Ərzaqlar hazırlanır.
2. Un, duz, şəkər tozu, maya, yumurtalar və su dərin boşqaba yerləşdirilir (duz və maya boşqabda bir-birindən aralı olmalıdır). Kubik şəklində tikələrə doğranmış yağ ayrıca boşqabda soyuducuya yerləşdirilir.
3. Boşqabdakı ərzaqlar mikserlə un bilinməyənə qədər yaxşı qarışdırılmalıdır.
4. Sonra üç partiya ilə xəmirə yağ kubikləri əlavə edilir və mikserlə (yağ tamamilə itənə qədər) qarışdırılır.
5. Alınan məhlul qidə bağlaması iıə örtülüb 2 saatlıq soyuducuya qoyulur.
6. Xəmir 2 yerə bölünür (istifadə edilməyən hissə yenidən qida bağlaması ilə örtülüb soyuducuya qoyulur ki artıq dəfə xəmir isinməsin). Xəmir yoğrulur və 4-5 millimetr qalınlığa gətirilir.
7. Alınan xəmirdən 6-7 sm diametri olan halqalar kəsilir (stəkan vasitəsi ilə).
8. Hər bir xəmir halqasının ortasında deşik açılır.
9. Sonra halqanın bir tərəfi içəri dəliyə doğru qatlanır.
10. Nəticədə düyünçə alınmalıdir.
11. Çalışın mümkün qədər alınan xəmirləri əldə çox saxlamayasınız, yenə də "ərinmənin" qarşısını almaqdan ötəri.
12. Günəbaxan yağının 1 litri 170-180 dərəcəyə qədər (çox olmaz) qazanda qızdırılır. Ponçiklər partiya ilə, hər tərəfləri eyni qədər qızaranadək, yağda lazımınca çevirərək qızardılır.
13. Bişmiş ponçiklərdən artıq yağın itməsi üçün onlar mətbəx salfetlərinin üstünə qoyulur.
14. Üzərinə şəkər pudrası vurulur - və hazırdır!
15. Nuş olsun!
Məsləhətlər:
- Xəmir soyuducuda 2 saat qalandan sonra, düzgün olar ki onu çıxarıb şar şəklinə salıb, yenidən üzərini qida bağlaması ilə örtüb bir gecəlik soyuducuda saxlayasınız.
- Qızarmaq üçün çalışın böyük qazandan istifadə edin (məsələn 5 litrlik). Ona görə ki qızarma zamanı, hər dəfə alınan köpük itməsin.
- Birinci partiya qızardıqda mütləq bir ponçikin dadına baxın. Ola bilsin ki ponçik üzdən qızarar, lakin içərisi çiy qalar. Bu da ondan yaranır ki yağın temperaturu çox böyükdür və ponçik kifayət qədər bişmir.
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə http://lady.mail.ru/recipe/11229-frantsuzskie-ponchiki/