«Karakum» tortu

  • Hazırlanma vaxtı:

Tərkibi

biskvit üçün:

  • 5 ədəd yumurta
  • 320 qr şəkər tozu
  • 150 qr əridilmiş kərə yağı
  • 2 stəkan un
  • 2 x/q kakao
  • 6 x/q xama
  • 1 x/q qabartma tozu
  • vanil

krem üçün:

  • 1 porsiya bişmiş (zavarnoy) krem
  • 500 qr kərə yağı
  • 100 qr qatılaşdırılmış süd
  • 3 x/q kakao
  • vanil
  • 150 qr qoz

1. İnqredientlər hazırlanır.


2. Biskvit unu hazırlamaq üçün un, qabartma tozu, kakao və vanil yaxşı qarışdırılır.


3. Yumurtaların sarısı ağından ayrılır və hər birinin üzərinə 160 qr şəkər tozu əlavə edilir (həmçinin baxın: "Yumurtanın sarısını ağından ayırma üsulları").


4. İlk öncə yumurtanın ağı şəkərlə birlikdə qatılaşana qədər mikserlə çalınır (mikser təmiz olmasa yumurta yaxşı köpməyəcək). Sonra yumurtanın sarısı mikserlə qarışdırılır.


5. Yumurtanın sarısı qarışdırılandan sonra üzərinə xama və ərdilmiş yağ əlavə edilərək mikserlə aşağı sürətlə bir dəqiqə ərzində qarışdırılır.


6. Alınmış məhlula yavaş-yavaş, silikon (və ya taxta) qaşıqla qarışdırılaraq hazırlanan biskvit unu əlavə edilir. Nəticədə qatı kütlə alınır.


7. Ardınca alınmış kütləyə yumurtanın ağı silikon (və ya taxta) qaşıqla qarışdırılaraq əlavə edilir.


8. Alınmış biskvit xəmiri 26 sm diaqonallı bişirmə formasına (tavaya) əlavə edilir.


9. Əvvəlcədən 180°C temperaturunda qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.


10. Kremi hazırlamaq üçün bişmiş kremin üzərinə qatılaşdırılmış süd, kakao, vanil, yumuşaldılmış kərə yağı əlavə olunur və mikserlə tam krem halına düşənə qədər qarışdırılır.


11. Qoz ləpələri tavada bir qədər qızardılır. 


12. Ləpələr sürtkəcdən keçirdilir.


13. Alınmış biskvit soyudulur. Dairəvi formada kəsilir (kəsik hissələr bəzədilməsində istifadə ediləcək).


14. Dairəvi forma veriləndən sonra iki bərabər hissələrə bölünür.


15. Biskvitlərin üzərinə krem əlavə edilir və sürtkəcdən keçirdilmiş qoz səpilir.


16. Biskvitlər üst-üstə qoyulur və hər tərəfinə bərabər miqdarda krem vurulur.


17. Biskvitin qalan hissələri sürtkəcdən keçirdilərək ovulur və tortun bəzədilməsində istifadə edilir. 


18. Tort zövqə görə bəzədilir. Biz şokoladlı qlazurdan, gel-karandaşdan, qənnadı muncuq və zərdən istifadə etmişik.

 

Nuş olsun!