Keks yumurta qabığında

  • Hazırlanma vaxtı:

Tərkibi


Saytımızda keks xəmiri hazırlanması barədə yazmışdıq. Bu resept olduqca maraqlı və təəccüb yaradan reseptdir. 

1. İlk növbədə yumurtalar yaxşı yuyulub qurudulur. Sonra ehtiyyatla yumurtada dəlik açılır.


2. Dəlik şəkildəki kimi, əlnən bir qədər böyüdülür.


3. Yumurtanın içi çıxarılır (misal kimi keks xəmirinin hazırlanmasında istifadə edilə bilər).


4. Yumurta qabıqları duzlu suda 30 dəqiqə saxlanılır. Qabıqlar suyun üzünə çıxmaması üçün içərisinə bir qədər duz və ya soda doldurmaq olar.


5. Yarım saatdan sonra, yumurta qabıqları duzlu sudan çıxarılır, soyuq suda yuyulur və qurudulması üçün mətbəx salfetləri üzərinə düzülür.


6. Quruduqdan sonra, hazırlanmış keks xəmiri şəkildəki kimi ehtiyyatla, qənnadı torba ilə, folqa kağızına bükülmüş yumurta qabıqlarına doldurulur. Bu reseptin ən çətin mərhələsidir, yumurtanı tam doldurmaq lazım deyil, yalnız 3/4 hissəsini.


7. Əvvəlcədən 180 dərəcə selsiya temperaturunda isidilmiş sobada 23 dəqiqə bişirilir. Nəticə bu cür alınmalıdır.


8. Ehtiyyatla, nəmli dəsmal ilə üzərindəki xəmir təmizlənərək kekslər süfrəyə verilir. Nuş olsun!

 

Məqalə http://step-by-step-recipes.com/ saytından tərcümə edilib.

Mənbə http://step-by-step-recipes.com/recipe/cupcakes-in-an-egg